1.3.1.Büdcə quruluşu və büdcə sistemi
Dövlətin maliyyə-kredit sisteminin təşkilində büdcə sistemi mühüm yer tutur. Büdcə sistemi dedikdə, iqtisadi münasibətlərə və hüquq normalarına əsaslanan bütün səviyyəli büdcələrin toplusu nəzərdə tutulur. Büdcə sisteminin təşkili və quruluş prinsipləri büdcə quruluşunu təmsil edir.
Müxtəlif ölkələrin büdcə quruluşu onların dövlət quruluşu, ərazi-inzibati bölgüsü, iqtisadiyyatın inkişaf səviyyəsi və onun struktur elementləri ilə şərtlənir. Dövlət idarəetməsinin iki forması məlumdur: unitar və federativ. Unitar dövlətlərdə (Böyük Britaniya, Fransa, Italiya, Yaponiya və başqaları) idarəetmə iki hissədən – mərkəzi və yerli hissələrdən ibarətdir. Federativ dövlətlərdə (ABŞ, Kanada, AFR, Isveçrə və başqaları) idarəetmə üç hissədən ibarətdir – mərkəzi, federasiya üzvləri və yerli.
Ardı →